Aytən Kərimova: “Kosmetoloq canlı gözəllik yaradan rəssamdır” - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Aytən Kərimova: “Kosmetoloq canlı gözəllik yaradan rəssamdır” - FOTO

09:30 - 30 / 11 / 2021
Aytən Kərimova: “Kosmetoloq canlı gözəllik yaradan rəssamdır” - FOTO

Bakının aparıcı estetik kosmetoloqu Aytən Kərimova ilə müsahibə.

- Aytən xanım, sizin kosmetoloq peşəsini seçməyinizdə ananızın - Azərbaycanın ən tanınmış kosmetoloqlarından biri olan Yeganə Kərimovanın rolu olub?

- Əlbəttə ki, o, seçimimdə mühüm rol oynayıb, amma əvvəlcə mən özünü kosmetologiya sahəsinə həsr etməyi düşünmürdüm. Mənim 2 ali təhsilim var. Bir ixtisasım psixoloq, digər ixtisasım əzcaçıdır. Mən klinik psixoloq olmağı planlaşdırırdım, lakin təhsil aldığım müddətdə anama da kömək edirdim. Məhz həmin vaxt məndə kosmetoloq olmaq istəyi yarandı, çünki anamın etdiyi kosmetoloji prosedurlardan sonra qadınların xarici görkəmlərinin yaxşıya doğru necə dəyişdiyin, bunun onları necə xoşbəxt etdiyinin şahidi olurdum. Mən də bu prosesin bir parçası olmaq istədim. Nəticədə, artıq 8 ildir ki, bu sahədə fəaliyyət göstərirəm, bilik və bacarıqlarımı getdikcə daha da möhkəmləndirir və artırıram. Yaşlanma əleyhinə tibb üzrə beynəlxalq konqreslərin və digər təlimlərin daimi iştirakçısı olaraq, Avropada dünyanın qabaqcıl estetik tibb mütəxəssislərinin seminarlarında iştirak etmişəm və iştirak etməkdə davam edirəm. Bir sözlə, öz peşə biliklərimi artırmaqdan yorulmuram.

- Ananızın nüfuzu peşə seçimi zamanı üzərinizdə təzyiq yaratmayıb ki?

- Elə indi də yaradır (gülümsəyir), amma bu məqam məni heç vaxt narahat etməyib, anam və onun uğurları ilə qürur duyuram. 8-ci mikrorayon, Əcəmi Naxçıvani 53 ünvanında yerləşən “MedEra” hospitalında çiyin-çiyinə işləyirik. Bölüşdüyümz kabineti tərk edərək ayrıca kabinet açmaq fikrim də yoxdur. Çoxları düşünə bilər ki, bunun üçün hələ kifayət qədər püxtələşməmiş, amma bu belə deyil. Əslində anamla birlikdə işləmək mənim üçün çox rahatdır. O, bir vaxtlar məndə potensial görüb düzgün istiqamət verdi və mən çox şadam ki, nəticədə kosmetologiya sahəsini seçdim.

Bilirsiz, bir çoxları öz valideynlərinin kosmetoloq işini davam etdirmək istəmir, amma mən anamdan müəyyən bacarıqları mənimsəmişəm. İş prosesində bu bacarıqları möhkəmləndirib inkişaf etdirmişəm. Mən aparat kosmetologiyasından başlamışam, indi artıq neçənci ildir ki, kosmetoloq-inyeksionist kimi fəaliyyət göstərirəm.

- Ananızla birgə necə işləyirsiniz?

- Çox yaxşı! Peşə ustadım olan anamla işləmək böyük məsuliyyət tələb edir. Hər şeydən əlavə anam həm də mənim ən vacib obyektiv tənqidçimdir. İlk olaraq onu deyim ki, bizim pasiyentlərimiz fərqlidir. Anama nisbətən yaşlı qadınlar, mənə isə gənc qızlar müraciət edirlər. Amma biz adətən birlikdə işləyirik, sanki bir-birini tamamlayırıq və nəticədə pasientlərimizə yeni görkəm bəxş edən keyfiyyətli nəticə hasil olur. Nəyisə mən daha yaxşı bacarıram, nəyisə o. Amma biz rəqabət aparmırıq. Yuxarıda da qeyd etdiyim kimi biz, bir-birini tamamlayırıq.

- Bu gün kosmetologiyanın plastik cərrahiyyəni arxada qoyaraq ön plana çıxması fikri ilə razısınız?

- Belə bir məsələ var və bu, təkcə kosmetologiyanın sürətlə inkişaf etməsi ilə deyil, həm də kosmetoloji prosedurların tamamilə stressdən azad olması ilə bağlıdır. Bu halda pasiyentlər cərrahın bıçağı altına düşmür, bu isə çoxları üçün qorxuducu məqamdır. Əgər 10 il əvvəl kosmetologiya əsasən maska və təmizləmədən ibarət idisə, bu gün inyeksiya terapiyası cavanlaşdırma üzrə geniş imkanlar yaradır. Bu səbəbdən kosmetologiya tədricən ön plana çıxmaqdadır.

- Dediniz ki, kolmetoloji prosedurlar zamanı heç bir stress olmur, amma həyəcan və s. kimi stress də bu və ya digər formada olur. Bu barədə nə deyə bilərsiniz?

- Bu baxımdan mənim ilk ixtisasım köməyimə çatır. Şadam ki, bir vaxtlar psixologiya üzrə təhsil almışam və bu, mənim pasientlərlə işləməyimə müsbət təsir göstərir.

Pasientlərə fərdi yanaşma mənim işimin əsas fəlsəfəsini təşkil edir. Mən pasientlərlə ümumi dil tapıb, onların kosmetologiyaya olan inamını geri qaytarıram, çünki bəzən mənfi təcrübəyə malik pasiyentlərlə işləməli oluram. Bu zaman əlimdən gələni edirəm ki, onlara özünəinamı geri qaytarım.

- Bəs kaprizli pasientlərlə ünsiyyət və iş necə alınır?

- Çox asan (gülümsəyir), çünki onları nədə razı salıb, nədə razı sala bilməyəcəyimi bilirəm. Hər hansı mümkün narazılıqları aradan qaldırmaq üçün onları prosedurların müsbət və mənfi tərəfləri barədə məlumatlandırıram.

- Yuxarıda qeyd etdiniz ki, bəzən sizə başqa kosmetoloqlardan narazı qalmış pasientlər müraciət edir. Bunu deyərkən nəyi nəzərdə tuturdunuz?

- Təəssüf ki, bəzən belə hallar olur. Demək istəyirdim ki, bəzən başqa kosmetoloqların uğursuz müdaxiləsinin fəsadlarını aradan qaldırmaq üçün mənə müraciət edirlər. Başqa işi düzəltmək bir işi sıfırdan görməkdən qat-qat çətindir. Şadam ki, təcrübəm sayəsində əvvəlki uğursuz işlərin fəsadlarını gizlətməyə nail oluram, amma bu cür halların sayının azalması da məni sevindirir, çünki kosmetologiya inkişaf etdikcə preparatların keyfiyyəti də artır.

Rəssamlıq bacarığı işimdə mənə çox kömək olur. Uşaqlıqdan incəsənətə, xüsusən də təsviri incəsənətə meylim olub. Rəsm dərnəklərinə getmişəm, təcrübəli rəssamlardan dərs almışam. İndi isə işdən sonra dincəlmək üçün hobbi kimi dulusçuluqla məşğul oluram. Gördüyünüz kimi gözəlliyi təkcə şprislə yaratmıram. Qeyd edim ki, kosmetologiyada yaradıcılıq xüsusi əhəmiyyət kəsb edir, çünki mənim fikrimcə, kosmetoloq canlı gözəllik yaradan rəssamdır.

- Kosmetologiya sahəsində trendlər daim dəyişir. Dəblə ayaqlaşdığımız kimi bu trendlərlə də ayaqlaşmaq lazım gəlir. Hazırda Azərbaycanda ən populyar prosedurlar hansıdır?

- Üzün kontur plastikası, yəni dodaqların, çənənin, almacıq sümüyü nahiyyəsinin və burunun korreksiyası. Bu istiqamətdə inkişaf etməkdə davam edirəm. Lakin heç də hər zaman trendin arxasınca qaçmaq olmaz. Öz zövqün olmalıdır və prosedurları bir-birinə qatmamalısan, çünki bu halda özünəməxsusluq itə bilər. Əlimdən gələni edirəm ki, təbiətin pasientlərimə bəxş etdiyi gözəlliyi qabardım. Fikrimcə, kosmetoloqun peşəkarlığı kənar şəxslərin pasientlərin üzündə kosmetoloji müdaxiləni hiss etməməsindədir. Əgər o buna nail ola bilirsə, deməli peşəkardır.

- Əsas iş prinsipiniz nədən ibarətdir?

- Etibar etmədiyim preparatlardan istifadə etməmək. Heç kimə zərər vurmamaq, fəaliyyət istiqamətindən asılı olmayaraq, həkim peşəsinin ən ali əsasını təşkil etməlidir.

Şadam ki, kosmetologiya sahəsində olduğum 8 il ərzində işlədiyim pasientlərim var. Etimadlarına görə onlara minnətdarlığımı bildirirəm. Onların gözləntilərini doğrultmaq çox xoşdur. Sevinirəm ki, məni başqa mütəxəssisə dəyişmirlər. Onların bir çoxu ilə yaxın və doğma insanlara çevrilmişik. Minnətdarlıq sözləri və müsbət rəylərinin qeyd olunduğu şəkillərini mütəmadi olaraq mənə göndərən bütün pasientlər məni çox motivasiya edirlər. Minnətdarlıq sözlərini yazmağa vaxt ayırdıqları üçün onlara təşəkkür edirəm. Bu, mənim işimə ən yüksək qiymət və mənim üçün ən böyük motivasiyadır. Hər şeydə gözəlliyi sevən biri olaraq xoşbəxtəm ki, gözəlliyin yaradılmasında mən də iştirak edirəm.

- Sizin üçün gözəllik nədir?

- Gözəllik hər şeydə, həm fiziki, həm də mənəvi mənada harmoniyanın olmasıdır. Əgər insanın daxili aləmi gözəldirsə, bu, onun zahirində öz əksini tapacaq, cizgilərindən asılı olmayaraq, o, işıq və mehribanlıq saçacaq. Unutmaq olmaz ki, hər kəs özünə görə gözəl və unikaldır.

- Necə düşünürsünüz, qadınlar nə vaxt kosmetoloqa müraciət etməlidirlər?

- Xüsusilə də dermatoloji problemləri olanlar nə qədər tez müraciət etsələr, bir o qədər yaxşıdır, amma 25 yaşdan sonra hər qadının öz kosmetoloqu olmalıdır. Şəxsən mən evdə qeyri-peşəkar baxımın həyata keçirilməsinə qarşıyam, çünki artıq o dövr arxada qalıb. İnyeksiya kosmetologiyasına gəlincə, bu, fərdi məsələdir.

Dəri hər zaman sağlamlıqla bağlı bu və ya digər problemlərdən xəbər verir. Bu səbəbdən, bəzən təkcə kosmetoloq müdaxiləsi kifayət etmir, prosesə dermatoloqu cəlb etmək, daxili orqanları yoxlamaq və s. tələb olunur. Təkcə xarici görünüşə qulluq etmək lazım deyil, sağlamlığın da qeydinə qalmaq lazımdır, çünki bu, bir-birilə əlaqəli bir prosesdir.

- Aytən Kərimova dəriyə qulluq üçün hansı əsas qaydanı tövsiyə edir?

- Byuti-blogerlərin reklam etdiyi kosmetikadan deyil, dəri növünüzə uyğun baxım kosmetikasından istifadə etmək lazımdır. Bunu özünüz edə bilmirsinizsə, peşəkar kosmetoloqa müraciət edərək onun məsləhətlərinə qulaq asın.

- Hazırda çoxları özünü əbədi olaraq cavan saxlamağa çalışır və müxtəlif prosedurlardan istifadə edərək hər yolla öz yaşını gizlətməyə çalışır. Bu barədə nə deyə bilərsiniz?

- Bu, çox fərdi məqamdır və hər kəsin öz şəxsi seçimidir. Hesab edirəm ki, əsas yaş deyil, əsas məsələ yaşdan asılı olmayaraq, özünə yaxşı qulluq etməkdir. Qulluğa gəlincə, bu həm maddi imkandan, həm qadının öz istəyindən, həm genetikadan, həm də təbii ki, kosmetoloq yanına getməkdən asılıdır.

- Yuxarıda kosmetoloji trendlərə toxunduq. Necə düşünürsünüz, onlarla necə ayaqlaşmaq olar və ümumiyyətlə, buna dəyərmi?

- Trendlər gəldi-gedərdir və onların hamısını öz üzərində tətbiq etmək düzgün deyil. Özünü, öz obrazını və stilini tapmaq lazımdır. Kosmetoloji trendlərə uyğun olaraq daim dəyişmək olmaz. Gözəlliyi qabartmaq lazımdır, amma heç də hər dəfə bu və ya digər trendə uyğunlaşmaqla insan gözəl olmur. Bunu anlamaq lazımdır.

Məsələn, tez-tez yanıma gəlib kiminsə şəklini göstərərək deyirlər ki, “dodaqlarımın bu cür olmasını istəyirəm”. Bu zaman pasiyenti inandırmağa çalışıram ki, təkcə istəklə iş düzəlmir, dodaqların anatomik quruluşundan çox şey asılıdır. Mənə etimad edib sözümə qulaq asırlar, nəticədə pasientə daha çox yaraşan və daha harmoniyalı görünən görkəm bəxş edirəm.

Azərbaycansayağı gözəlliyə gəlincə, bu, bəlkə də həddən artıq qabarıq və ifadəli cizgiləri olmayan çox səmimi və mülayim gözəllikdir. Mənim və hər dəfə real tövsiyələrdən sonra sayı artan pasientlərim üçün ən vacib olan harmoniya və proporsionallıqdır.

- Aytən Kərimova 5 il sonra özünü harada görür?

- Öz sevimli işimlə məşğul olacağam. Ola bilər xaricdə fəaliyyət göstərim, amma paralel olaraq Azərbaycanda da işləyəcəyəm. Həm bu gün, həm də 5 il sonra öz üzərimdə işləməkdə, vulqarlığı istisna edən kosmetoloji imzamı formalaşdıran müxtəlif texnikaları ölkə xaricində öyrənməkdə davam edəcəyəm. Hər şey səliqəli və gözəl olmalıdır. Yaratdığım dodaqlar çox yaddalan və estetikdir. Bu məni çox sevindirir və mən bununla həqiqətən qürur duyuram.

5 il sonra kontur plastikası üzrə daha peşəkar mütəxəssis olacağam. Bəzən anam məndən narazı qalır. Deyir ki, daha çoxuna qadirəm və daha yaxşı ola bilərəm. Anam çox istəyir ki, ondan daha yaxşı olum. Ümid edirəm ki, elə də olacaq (gülümsəyir).

Aytən Kərimovanın “Instagram” sosial şəbəkəsindəki səhifəsi - @aytan_karimova

Kosmetoloji prosedurlara yazılmaq üçün +99450-702-78-76 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Reklam hüququnda

Paylaş:
1550

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər