Samuxda ov edən şəxs cəzalandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Samuxda ov edən şəxs cəzalandırılıb

Qafar Ağayev11:07 - 26 / 11 / 2021
Samuxda ov edən şəxs cəzalandırılıb

Samux Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ovçuluq təsərrüfatının ərazisində ov edən şəxs saxlanılıb.

1news.az-ın məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Gəncə şəhər sakini Telman Rəhimov olduğu müəyyən edilib.

“Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb”, - məlumatda qeyd edilir.

Paylaş:
342

Son xəbərlər

Bütün xəbərlər