Sumqayıtda keçmiş məhkum qardaşının evindən oğurluq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda keçmiş məhkum qardaşının evindən oğurluq edib

S.Xankişiyeva18:06 - 27 / 11 / 2021
Sumqayıtda keçmiş məhkum qardaşının evindən oğurluq edib

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə noyabrın 25-də şəhər ərazisindəki evlərin birindən 1250 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin qardaşı, əvvəllər məhkum olunmuş Ş.Həsənli polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı şəhər polis idarəsi tərəfindən araşdırma aparılır.

Paylaş:
471

Son xəbərlər

Bütün xəbərlər