Şamaxıda qadını şantaj edərək qızıllarını alan şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda qadını şantaj edərək qızıllarını alan şəxs tutulub

S.Xankişiyeva11:31 - 27 / 11 / 2021
Şamaxıda qadını şantaj edərək qızıllarını alan şəxs tutulub

Şamaxı Rayon Polis Şöbəsinə şəhər sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək 2000 manat dəyərində qızıl-zinət əşyalarının alınması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şamaxı sakini S.Qədimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
533

Son xəbərlər

Bütün xəbərlər