Azərbaycanda baş məşqçinin kürəkəni hakimi döyüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda baş məşqçinin kürəkəni hakimi döyüb

16:42 - 29 / 11 / 2021
Azərbaycanda baş məşqçinin kürəkəni hakimi döyüb

Azərbaycan çempionatının Region Liqasında növbəti biabırçı hadisə yaşanıb.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, Şimal-Qərb regionu üzrə V turun “Şəki” – “Karvan” oyunundan sonra böyük qalmaqal yaşanıb.

2:2 hesabı ilə yekunlaşan matçda hakim idarəçiliyi qonaqların kəskin narazılığına səbəb olub. Nəticədə həm futbolçular, həm də Yevlaxdan Şəkiyə gedən azarkeşlər oyundan sonra referinin üstünə cumublar. Qonaq komandanın fanatlarının referiyə xətər yetirməsinə polislər çətinliklə də olsa mane olub.

Ancaq yevlaxlıların futbolçusu Eyyub Cabbarov hisslərini cilovlaya bilməyərək, hakimi vurub. “Karvan”ın baş məşqçisi Kənan Kərimovun kürəkəni olan Cabbarov bu hərəkətinə görə, qırmızı vərəqə ilə cəzalandırılıb.

Hirsi soyumayan “Karvan” futbolçuları və azarkeşləri hakimlərin olduğu paltardəyişmə otağına da girməyə çalışıb. Təhlükəsizlik əməkdaşları daha böyük biabırçılığın qarşısını alsa da, hakim ağır təhqirlərə məruz qalıb.

Yaşananlarla bağlı “Karvan”ın baş məşqçisi Kənan Kərimovun da fikirlərini öyrənmişik. Ötənlərin tanınmış futbolçusu bütün bunların günahını hakimdə görüb: “Hakimlik sıfır səviyyəsində idi. 2:0 hesabı ilə öndə idik, ikinci hissədə meydan sahiblərinə açıq-aşkar kömək etdi. Rəqibin qapısına iki təmiz penaltimizi vermədi. Epizodlar vaxtı heç o tərəfə baxmaq istəmədi. Sanki ora bizi dayandırmaq üçün gəlmişdi. Onun hakimlikdən xəbəri yox idi, küçədən tutub gətirmişdilər. Futbolçularımız da hisslərini cilovlaya bilmədilər. Matçdan sonra etirazlarını bildirdilər. Yaxşı ki, hələ bir oyunçumuz kəskin etiraz etdi. Təşkilatçılardan xahiş edirəm ki, oyunlara normal hakim göndərsinlər”.

Qeyd edək ki, “Şəki” – “Karvan” oyunu 2:2 hesabı ilə yekunlaşıb. Hazırda “Karvan” 10 xalla turnir cədvəlinə başçılıq edirsə, 2 xala malik “Şəki” 7 komandalı turnirin sonuncu pilləsində qərarlaşır.

1news.az

Paylaş:
284

Son xəbərlər

Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06
Bütün xəbərlər