Cartier Zərgərlik Evinin qlobal layihəsindəki ilk azərbaycanlı – İsfar Sarabski - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cartier Zərgərlik Evinin qlobal layihəsindəki ilk azərbaycanlı – İsfar Sarabski - FOTO

Qafar Ağayev17:41 - 29 / 11 / 2021
Cartier Zərgərlik Evinin qlobal layihəsindəki ilk azərbaycanlı – İsfar Sarabski - FOTO

Cartier Zərgərlik Evi Pasha Community icmasının yaradılmasını elan edib. İcmanın üzvləri Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycandan olan novatorlardır.

Pasha Community icmasında Azərbaycanı Warner Music Group-la müqavilə bağlamış ilk azərbaycanlı elektron və caz musiqiçisi, pianoçu və bəstəkar İsfar Sarabski təmsil edir. İştirakçılar arasında musiqiçi və prodüser İvan Dorn, dizayner Ruslan Baqinski, rəqəmsal rəssam Aleksandr SubSensus, SETTERS kommunikasiya və yaradıcılıq agentliyinin təsisçisi Aleksandra Jarkova, sahibkar Alisa Çumaçenko, eko-influenser Anastasiya Çijevskaya, The Steppe mediastartapının təsisçisi Zaure Rozmat, rejissor İlya Nayşuller və Glamour jurnalının baş redaktoru İsyana Erdneyeva var.

Cartier əmindir ki, yeni qəhrəmanlar öz fəaliyyətləri ilə başqalarına nümunə olacaq, işini sevməyin, heç vaxt geri çəkilməməyin və xəyalları reallığa çevirməyin vacibliyini göstərəcək. Bu insanlar stereotipləri məhv etməkdən, imkanların sərhədini aşmaqdan və uğur əldə etməkdən çəkinmir. Onlar dünya haqqında standart düşüncələri dəyişdirir və hər kəsdən fərqli yaradıcılıq və özünüifadə yolları yaradır.

"Lap kiçik idim, bəlkə də yeni gəzməyi öyrənirdim. Ən çox sevdiyim oyuncaqlar evimizdəki vallar idi. Evdəkilər mənə tez-tez mahnı sifariş edirdilər." - deyə azərbaycanlı pianoçu və bəstəkar İsfar Sarabski xatırlayır. O, prestijli Jazz Festival Montreux müsabiqəsində qalib gəlib, Amerika Caz Musiqiçiləri Fondunun dəvəti ilə Nyu-Yorkda silsilə qala-konsertlər keçirib və Warner Music Group-la müqavilə bağlamış ilk azərbaycanlı elektron və caz musiqiçisi olub.

İsfar elektro-muğam musiqi janrının əsasını qoyub və musiqiyə daima yəni nəfəs gətirir. Musiqiçi WMG ilə əməkdaşlıq şərtlərində yazılmış yeni Planet albomunun təqdimatını etdiyi Avropa üzrə konsert turunu yenicə tamamlayıb.

"Pasha Community qəhrəmanları səylərini bir layihədə birləşdirsələr, bu, çox irimiqyaslı hadisə olacaq" - deyə icmada Qazaxıstanı təmsil edən Zaure Rozmat bildirib. Cartier Zərgərlik Evi istedadların bir araya gəlməsi üçün şərait yaratmaqla və bunun Pasha Community-nin yeni fəslinin başlanğıcını qoymasını vəd etməklə çox böyük işə imza atıb.

"Biznes ilk növbədə rəqəmlər yox, emosiyalara əsaslanır. Layihədə səni pul qazanmaqdan başqa, həvəsə gətirən heç nə yoxdursa, bir neçə illik fəaliyyətdən sonra iş öz-özünə sönəcək" - deyə Zaure əminliklə qeyd edir.

Zaure debüt layihəsinə 24 yaşında başlayıb, 5 il əvvəl isə Qazaxıstanda həyat tərzi haqqında ilk onlayn-medianın əsasını qoyub. The Steppe startaplar, biznes və hobbilər haqqında saytdır.

ÇƏRÇİVƏDƏN KƏNARA ÇIXMAQ

Pasha Community icmasının ilk görüşü Moskvadakı Noôdome platformasında keçirilib.

10 qəhrəmanı bir araya gətirən tədbir "Questioning" tamaşasının motivlərinə əsaslanan performans formatında keçirilib və yeni yaradıcı ideyalara qığılcım verib. Layihənin iştirakçıları tanış olub, fikir mübadiləsi edib, hətta müştərək layihə imkanlarını müzakirə edib.

"Pasha Community qəhrəmanları sahələrinin novator və pionerləridir. Onlar adiliklərin fövqünə çıxmaqdan və uğura doğru addımlamaq üçün yeni yollar salmaqdan çəkinmirlər" - deyə Zərgərlik Evinin nümayəndəsi vurğulayır.

Cartier icmada dövrünün parlayan istedadlarını və sahələrinin novatorlarını bir araya gətirib və bütün dünyaya adiliklərdən uzaqlaşmağın artıq qorxulu olmadığını göstərir.

Və bu, Pasha Community-nin yeni fəslinin başlanğıcıdır.

HÖKMDARIN SAATI

İlk Pasha de Cartier modeli 1940-cı illərdə hazırlanıb. Bu, siferblatı qoruyucu metal barmaqlıqla örtülmüş, kənardan isə zəncirlə saata birləşmiş tənzimləyici detalın göründüyü, sözün əsl mənasında, unikal saat idi.

Dizayn xüsusi olaraq Mərakeş hökmdarı Tami Əl-Qlaui üçün yaradılmışdı. O, elə bir saat arzusunda idi ki, bu saatla həm hovuzda çimmək, həm də təntənəli ziyafətlərdə hamının diqqət mərkəzində olmaq mümkün olsun.

Pasha de Cartier zəriflik və gündəlik istifadəyə yararlılığın ideal nümunəsi oldu. Saata hətta suyun altında belə baxmaq rahat idi. Manufaktura adətən istifadə etdiyi Roma rəqəmlərindən imtina edərək, iri və aydın görünən ərəb rəqəmlərinə üstünlük vermişdi.

1985-ci ildə eleqant idman saatlarını trendə çevirmiş məşhur usta Cerald Centa Pasha de Cartier saat modelini dəyişdirərək onu daha yüngül və müasir etdi.

Bu saat güzəştə getməyən, azad düşüncə tərzinə sahib olan və diqqət cəlb etməkdən qorxmayan insanlar üçün yaradılıb.

Reklam hüququnda

Paylaş:
492

Son xəbərlər

Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:3831 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09
Bütün xəbərlər