Bakıda dərzi sexində yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dərzi sexində yanğın olub

Qafar Ağayev09:11 - 29 / 11 / 2021
Bakıda dərzi sexində yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 m² olan dərzi sexinin içərisində əşyalar 4 m² sahədə və 1 ədəd tikiş maşını yanıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, yüksək temperaturdan sexin lambirindən ibarət tavanı 20 m² sahədə əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
344

Son xəbərlər

Bütün xəbərlər