İstirahət günlərində 5 yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstirahət günlərində 5 yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər ölüb

Qafar Ağayev09:37 - 29 / 11 / 2021
İstirahət günlərində 5 yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər ölüb

2021-ci il 27-28 noyabr tarixlərində daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən ötən 2 gün ərzində törədilmiş 73 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 68 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd olunub ki, Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

Paylaş:
422

Son xəbərlər

Bütün xəbərlər