Bakıda daha bir məktəbdə əyani dərslər bərpa olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha bir məktəbdə əyani dərslər bərpa olunub

Qafar Ağayev10:07 - 29 / 11 / 2021
Bakıda daha bir məktəbdə əyani dərslər bərpa olunub

Paytaxtdakı 67 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bu barədə 1news.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilir ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb:

"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur", - məlumatda bildirilir.

Paylaş:
371

Son xəbərlər

Bütün xəbərlər