Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 37 mina aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 37 mina aşkarlanıb

Qafar Ağayev11:12 - 29 / 11 / 2021
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 37 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

Agentlikdən 1news.az-a verilən məlumata görə, noyabrın 22-dən 27-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, 36 tank əleyhinə mina və 14 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 50 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş:
350

Son xəbərlər

Bütün xəbərlər