Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Qafar Ağayev13:24 - 30 / 11 / 2021
Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzrət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, şəhər sakini Ülkər Səfərovanın COVID-19 testi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Buna baxmayaraq, həmin şəxs yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən ictimai yerdə aşkarlanan qadın evinə geri qaytarılıb.

Ü.Səfərova barəsində Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər