Türkiyə XİN helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə XİN helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

S.Xankişiyeva15:04 - 30 / 11 / 2021
Türkiyə XİN helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Türkiyə Xarici işlər Nazirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib.

“Azərbaycanın Xızı rayonunda, “Qaraheybət” poliqonunda təlim uçuşu edən hərbi helikopterin qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq. Şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik”.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var

Paylaş:
384

Son xəbərlər

Bütün xəbərlər