Zaqatalada ana və iki övladı dəm qazından zəhərlənib, 9 yaşlı qız ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada ana və iki övladı dəm qazından zəhərlənib, 9 yaşlı qız ölüb

17:18 - 30 / 11 / 2021
Zaqatalada ana və iki övladı dəm qazından zəhərlənib, 9 yaşlı qız ölüb

Zaqatalada bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə günorta saatlarında Zaqatala şəhəri, Nizami küçəsi 88 ünvanında baş verib. İlkin məlumata görə, həmin ünvanda kirayədə yaşayan rayonun Suvagil kənd sakinləri olan 1988-ci il təvəllüdlü Lena Ramazan qızı Kərimova, onun iki övladı - 2010-cu il təvəllüdlü Polad Eldəniz oğlu Məmmədov və 2012-ci il təvəllüdlü Aylin Eldəniz qızı Məmmədova dəm qazından zəhərlənib. Zəhərlənənlərdən 9 yaşlı Aylin Məmmədova hadisə yerində ölüb. L. Kərimova və 12 yaşlı P. Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
458

Son xəbərlər

Bütün xəbərlər