Bu avtobusların hərəkət sxeminə dəyişiklik edilib - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu avtobusların hərəkət sxeminə dəyişiklik edilib - SİYAHI

Qafar Ağayev17:27 - 30 / 11 / 2021
Bu avtobusların hərəkət sxeminə dəyişiklik edilib - SİYAHI

Bakıda nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (Fətəli Xan Xoyski küçəsindən Heydər Əliyev prospekti istiqamətində) aparılan təmir işləri ilə əlaqədar 2, 4, 5, 17, 24, 26, 38, 67, 202 və M8 nömrəli marşrutların hərəkət sxemlərində müvəqqəti dəyişiklik edilib.

Dəyişikliyə əsasən, sözügedən marşrutların hərəkət sxemi müvəqqəti olaraq Faiq Yusifov, Əliyar Əliyev, Əhməd Rəcəbli, Gülarə Qədirbəyova küçələri ilə təşkil ediləcək.

Paylaş:
366

Son xəbərlər

Bütün xəbərlər