Vətən Müharibəsi zamanı Ermənistanın Azərbaycana kiberhücumlarının sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən Müharibəsi zamanı Ermənistanın Azərbaycana kiberhücumlarının sayı açıqlandı

Qafar Ağayev09:52 - 30 / 11 / 2021
Vətən Müharibəsi zamanı Ermənistanın Azərbaycana kiberhücumlarının sayı açıqlandı

Azərbaycanın ən iri özəl kibertəhlükəsizlik müəssisəsi olan “Prosol” şirkəti beynəlxalq səviyyəli tədbirə evsahibliyi edib.

1news.az xəbər verir ki, Beynəlxalq kibertəhlükəsizlik günü”nə həsr olunan tədbirdə Azərbaycanla yanaşı, bir sıra ölkələri təmsil edən kiber mütəxəssisləri iştirak edib. Konfransın əsas müzakirə mövzuları Azərbaycan, Türkiyə və İsrail modelləri, dərin müdafiə, kiber hədələrin və risklərin minimallaşdırılması və sairə olub.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov çıxışı zamanı 44 günlük Vətən müharibəsi dövründə düşmən tərəfindən Azərbaycanın dövlət informasiya resurslarına olunan hücumların sayını açıqlayıb. O, bildirib ki, Ermənistan tərəfindən 2 678 hücum həyata keçirilib, amma buna baxmayaraq onların hamısının qarşısı uğurla alınıb. İdarə rəisi həmçinin, dövlət qurumlarının informasiya sistemlərinin ildə 2 dəfə yoxlanıldığını deyib.

Konfransada iştirak edən turkiyəli mütəxəssis Səmra Erişkon ölkəsinin təcrübəsindən və kibertəhlükəsizlik sahəsində aparılan işlərdən danışıb.

Qeyd edək ki, tədbir Azərbaycanda özəl sektor tərəfindən təşkil edilən ilk kibertəhlükəsizlik tədbiri olmasına baxmayaraq, diqqəti üzərinə cəkməyi bacarıb.

Paylaş:
538

Son xəbərlər

31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08
Bütün xəbərlər