Vətən Müharibəsi zamanı pensiyasını orduya bağışlayan Hikmət babanın Şuşa ilə bağlı arzusu reallaşdı - FOTO
Vətən müharibəsi dövründə pensiyasını orduya bağışlayan Hikmət Musayevin Şuşaya səfəri təşkil olunub.
1news.az xəbər verir ki, bu barədə Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov öz “Facebook” hesabında paylaşıb.
"Nurlu Hikmət babanın ən böyük arzusu çin oldu. O, 70 yaşını Şuşada qeyd etdi" - deyə, Z.Həsənov qeyd edib.
Xatırladaq ki, Şəkinin Baş Küngüt kəndində yaşayan Hikmət Musayev Vətən müharibəsi zamanı ASAN Xidmətə gedərək 180 manat pulunu cəbhədəki əsgərlərə yardım etmək istədiyini deyib. Növbəsini götürüb xidmət pəncərəsinə yaxınlaşan Hikmət babanın ayağındakı ayaqqabılar ASAN Xidmətin əməkdaşlarının diqqətindən yayınmayıb. Hər iki ayaqqabısı ortadan bölünmüş Hikmət baba ayağına ayaqqabı almağa qıymayıb əsgərlərə ianə göndəririb.