Yanacaqdoldurma məntəqəsinə saxta pul təqdim edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yanacaqdoldurma məntəqəsinə saxta pul təqdim edən şəxs saxlanılıb

12:41 - 30 / 11 / 2021
Yanacaqdoldurma məntəqəsinə saxta pul təqdim edən şəxs saxlanılıb

Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul təqdim edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 29-da saat 7 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində 1 ədəd 100 manatlıq saxta əskinas təqdim etmiş “Mitsubishi” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini C.Ziyəddinov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi aidiyyəti üzrə 32-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
232

Son xəbərlər

Bütün xəbərlər