FHN Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb

Qafar Ağayev16:24 - 01 / 12 / 2021
FHN Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) dekabrın 1-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, məlumatda yanğın barədə nazirliyin 112 - qaynar telefon xəttinə saat 11:07-də məlumat daxil olduqdan cəmi beş dəqiqə sonra – saat 11:12-də Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələrinin hadisə yerinə çatdıqları qeyd edilib.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabellərində baş verdiyi və bu səbəbdən bina daxilində yaranmış qatı tüstünün sakinlər üçün təhlükə yaratdığı müəyyən edilib. Dərhal həyata keçirilən operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb və alovun mənzillərə keçməsinin qarşısı alınıb. Eyni zamanda, bina sakinləri təxliyə ediliblər.

Yanğın nəticəsində binanın 7-ci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabellərinin 150 poqonometrlik hissəsi yanıb. Mənzillər və şaxtadan keçən kabellərin qalan hissəsi yanğından mühafizə olunub. Ümumilikdə 80 nəfər bina sakini təxliyə edilib.

Paylaş:
356

Son xəbərlər

31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08
Bütün xəbərlər