ABŞ-ın MLI İnstitutu Azərbaycana daha 8 minaaxtaran it göndərib | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ-ın MLI İnstitutu Azərbaycana daha 8 minaaxtaran it göndərib

Qafar Ağayev17:33 - 01 / 12 / 2021
ABŞ-ın MLI İnstitutu Azərbaycana daha 8 minaaxtaran it göndərib

İşğaldan azad edilən Qarabağda minatəmizləmə əməliyyatlarına daha 8 baş it qatılacaq.

Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) verilən itlərin sayı 20-yə çatdı. Yerdə qalan 10 baş itlərin agentliyə təhvili 2022- 2023- cü illərdə gözlənilir. Xatırladaq ki, cari ilin 26 avqust tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində, MLİ tərəfindən ANAMA-ya veriləcək itlərin sayı 30-dur.

ANAMA-dan 1news.az-a bildirilib ki, göndərilən itlərin 6-sı ANAMA-nın, qalan 2-si isə Marşal İrsi İnstitutu tərəfindən cəlb edilən donorların maliyyə dəstəyi ilə alınıb.

Öncədən göndərilən minaaxtaran itlər Agentliyin Horadiz Regional Mərkəzində öz bələdçisi ilə uyğunlaşma təlimi və Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) üzrə akkreditasiyadan keçirilərək, işğaldan azad edilən ərazilərdə əməliyyatlara cəlb olunublar.
Minatəmizləmə əməliyyatlarında əsasən Alman Ovçarkası və Belçika Malinua cinsindən olan itlərə üstünlük verilir. MAİ-lərlə istifadə olunan dil ingilis və holland dilləridir. İtlər 3 ayından etibarən onlar üçün ayrılmış xüsusi oyun meydançasında təlimlərə başlayır. 18 ayınadək dörd-ayaqlı köməkçilər müxtəlif növ partlayıcı qurğuların aşkar edilməsi bacarığına yiyələnir. Sonda akkreditasiyadan keçmiş MAİ və bələdçisi sahə əməliyyatlarına cəlb olunur.

MAİ-lər işə cəlb edilməzdən əvvəl bütün tibbi amillər nəzərdən keçirilir və itin sağlamlığı barədə sertifikat əldə edilir. Əməliyyatlarda iştirak edən MAİ-lər tam sağlam olmalıdır. Həmçinin, baytar nəzarəti altında itlər 6 ayından etibarən qrafik üzrə və region dəyişikliyi zamanı peyvənd olunurlar.

Əllə və mexaniki vasitələrlə təmizləmə əməliyyatları ilə birgə xüsusi təlim keçmiş minaaxtaran itlərin də ərazilərin minalardan təmizlənməsində və insan həyatının xilas edilməsində rolu əvəzsizdir. Minaaxtaran itlər təmizləmə əməliyyatlarında, texniki tədqiqatda, şübhəli sahələrin qısaldılmasında, mexaniki yolla yoxlanılmış sahələrdə aparılan keyfiyyətə nəzarət prosedurlarında istifadə olunur.
Qeyd edək ki, itlərin Azərbaycana gətirilməsi Silk Way West Airlines şirkəti tərəfindən təmənnasız olaraq mərhələli şəkildə həyata keçirilir.

ANAMA ilə sıx əməkdaşlıq çərçivəsində 2005-ci ildən etibarən MLI Agentliyin minaaxtaran itlərinin potensialının artırılmasına dəstək verir. Marşal İrsi İnstitutu tərəfindən keçirilən “Minatəmizləmə və insan həyatının xilas edilməsi” yarışmasında fərqləndiyinə görə müxtəlif illərdə Agentliyin 3 minaaxtaran iti qalib seçilmişdir.

Paylaş:
348

Son xəbərlər

Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09
Bütün xəbərlər