“Helikopter qəzasına səbəb kimi hər hansısa kənar təsirdən söhbət gedə bilməz” - DSX rəisi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Helikopter qəzasına səbəb kimi hər hansısa kənar təsirdən söhbət gedə bilməz” - DSX rəisi

Qafar Ağayev09:08 - 01 / 12 / 2021
“Helikopter qəzasına səbəb kimi hər hansısa kənar təsirdən söhbət gedə bilməz” - DSX rəisi

Helikopter qəzasına səbəb kimi hər hansısa kənar təsirdən söhbət gedə bilməz.

1news.az-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hadisənin səbəbləri haqda hələlik dəqiq bir şey demək mümkün deyil.

"İlkin məlumatlar haqqında onu demək istəyirəm ki, pilot polkovnik Fizuli Cavadov ən yüksək səviyyədə, ağır şəraitdə uçuşlarda təcrübəsi olan pilotumuz idi. Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. O ki qaldı helikopterin sazlığına, helikopter təzə idi və qısa müddət əvvəl təmir işləri aparılıb.

Hazırda qara qutunun hissələri Baş Prokurorluqdadır və onun üzərində araşdırmalar aparılacaq, hadisənin baş vermə səbəbi daha da dəqiqləşəcəkdir", - deyə E.Quliyev qeyd edib.

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər