ABŞ səfirliyi Azərbaycana başsağlığı verib | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ səfirliyi Azərbaycana başsağlığı verib

S.Xankişiyeva10:22 - 01 / 12 / 2021
ABŞ səfirliyi Azərbaycana başsağlığı verib

ABŞ-ın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə səfirliyin Twitter səhifəsində paylaşım edilib.

“Səfir Litzenberger helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verir. Bu itkinin acısını ailələri və dostları ilə yaşayır, dərdinizi bölüşür və dərin hüznlə başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var

Helikopter qəzasında həlak olan hərbçilərin adları açıqlandı - SİYAHI

İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib

Paylaş:
394

Son xəbərlər

Bütün xəbərlər