Bakıda universitetin qarşısında kütləvi dava olub, 2 nəfər bıçaqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda universitetin qarşısında kütləvi dava olub, 2 nəfər bıçaqlanıb

12:41 - 01 / 12 / 2021
Bakıda universitetin qarşısında kütləvi dava olub, 2 nəfər bıçaqlanıb

Bakıda kütləvi dava olub.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, hadisə dünən axşam saatlarında paytaxtın Səbail rayonu ərazisində, Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısında baş verib. Hadisə nəticəsində iki nəfər bıçaqlanıb.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib ki, hadisə zamanı bıçaq xəsarətləri alan Əli Allahverdizadə və Eşqin Müseyibov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

1news.az

Paylaş:
239

Son xəbərlər

Bütün xəbərlər