Ağdam Sənaye Parkı günəş panelləri ilə işıqlandırılır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdam Sənaye Parkı günəş panelləri ilə işıqlandırılır - FOTO

Qafar Ağayev16:05 - 02 / 12 / 2021
Ağdam Sənaye Parkı günəş panelləri ilə işıqlandırılır - FOTO

Ağdam Sənaye Parkında sosial zonanın təşkili istiqamətində işlər artıq yekunlaşdırılıb.

İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, subartezian quyusundan Sənaye Parkının sosial zonasına su xətləri çəkilib. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb. Parkın ərazisində Kapital Bankın bankomatı quraşdırılıb, yaxın günlərdə isə ödəniş terminallarının qoyulması planlaşdırılır.

Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.

Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Hazırda müxtəlif çeşidli sintetik xalça, uniforma, xüsusi və fərdi geyimlərin, polimer məhsulların, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtüklərinin, prefabrik dəmir-beton məmulatlarının istehsalı üzrə ümumi 5 potensial layihəyə baxılır ki, bu layihələr üzrə 1100 nəfərdən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Paylaş:
427

Son xəbərlər

Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31
Bütün xəbərlər