Sosial şəbəkələrdə əsassız iddiaları yayanlar kimlərdir? - “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO
“Helikopter qəzası ilə bağlı şayiələr yayanlar var və onlar qanunla cəzalandırılacaqlar”.
Baş prokuror Kamran Əliyev AzTV-yə özəl açıqlamasında belə deyib.
Baş prokurorun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı əsasında cinayət işi tam və əhatəli araşdırılacaq, hadisənin səbəbi, baş verdiyi şərait istintaq zamanı öyrəniləcək, ictimaiyyətə ətraflı məlumat veriləcək: “Bununla yanaşı, təəssüflər olsun ki, bəzi şəxslər bu hadisədən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd göstərir. Onlar heç bir fakta söykənməyən şayiələr yayırlar. Bu şəxslər barəsində qanunla nəzərdə tutulmuş ən sərt tədbirlər görüləcək”.
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Sosial şəbəkələrdə əsassız iddiaları yayanlar kimlərdir?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Fazil Mustafa - Milli Məclisin deputatı, Mübariz Əhmədov - Bakı Slavyan Universitetinin dosenti, müsgəqil jurnalust, Famil Fərhadoğlu - "manşet.az" saytının rəhbəri və Sevinc Əliyeva - BDU-nun dosenti mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: