8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlandı

Qafar Ağayev09:08 - 02 / 12 / 2021
8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlandı

Dekabrın 1-də polis əməkdaşları tərəfindən respublika ərazisində 8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 2 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş:
311

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər