Ötən gün baş verən 2 yol qəzasında 2 nəfər ölüb - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün baş verən 2 yol qəzasında 2 nəfər ölüb - STATİSTİKA

Qafar Ağayev09:12 - 02 / 12 / 2021
Ötən gün baş verən 2 yol qəzasında 2 nəfər ölüb - STATİSTİKA

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Paylaş:
588

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər