Heydər Əliyev Fondu Bakıdakı katolik kilsəsində bərpa işlərini başa çatdırıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondu Bakıdakı katolik kilsəsində bərpa işlərini başa çatdırıb - FOTO

S.Xankişiyeva10:23 - 02 / 12 / 2021
Heydər Əliyev Fondu Bakıdakı katolik kilsəsində bərpa işlərini başa çatdırıb - FOTO

Heydər Əliyev Fondu Bakı şəhərindəki Müqəddəs Məryəm katolik kilsəsində aparılan cari təmir-bərpa işlərini başa çatdırıb.

Fonddan 1news.az-a verilən məlumata görə, yüzlərlə katolikin ibadət etdiyi kilsədəki bərpa işləri zamanı hidroizolyasiya təmin olunmaqla dam örtüyü əsaslı təmir olunub.

Qeyd edək ki, kilsə 1912-ci ildə inşa edilib. Bolşeviklər hakimiyyətə gəldikdən sonra 1934-cü ildə bir çox dini abidələr kimi, bu kilsə də dağıdılmışdı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin göstərişi ilə dini məbədə ehtiyac duyan katoliklər üçün Bakıda yeni kilsənin inşa edilməsi məqsədilə ərazi ayrılmışdı. Müqəddəs Məryəm katolik kilsəsi 2008-ci ilin mart ayından istifadəyə verilib.

Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasındakı əməkdaşlıqdan irəli gələrək Fond tərəfindən 2008-ci ilin sentyabrında katolik kilsənin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilib, eyni zamanda məbədin fasadında keramik panno yerləşdirilmişdi.

Xatırladaq ki, Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasındakı Anlaşma Memorandumu müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma layihələrinin gerçəkləşdirilməsi, sosial və dini təyinatlı obyektlərə yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etnomədəni inkişafına yönələn tədbirlərin həyata keçirilməsini də nəzərdə tutur.

Paylaş:
336

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər