Bakıda AA seriyalı avtomobil piyadanı vurub öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda AA seriyalı avtomobil piyadanı vurub öldürüb

10:42 - 02 / 12 / 2021
Bakıda AA seriyalı avtomobil piyadanı vurub öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

1news.az-ın məlumatına görə, hadisə Səbail rayonu, Yeni Salyan yolunda, Bibiheybət məscidi yaxınlığında baş verib.

Saat 07.00 radələrində şəhər istiqamətində hərəkətdə olan "10-AA-659" dövlət nömrə nişanlı BMW markalı minik avtomobili yolu keçmək istəyən 20-25 yaşlı gənci vurub. Piyada hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
212

Son xəbərlər

Bütün xəbərlər