Bakının məşhur gecə klubunda qızın damarlarını doğraması hadisəsinin ANBAAN VİDEOsu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının məşhur gecə klubunda qızın damarlarını doğraması hadisəsinin ANBAAN VİDEOsu

16:19 - 03 / 12 / 2021
Bakının məşhur gecə klubunda qızın damarlarını doğraması hadisəsinin ANBAAN VİDEOsu

Bakının Nəsimi rayonu ərazisində gecə klubunda baş verən intihara cəhd hadisəsinin təfərrüatları məlum olub.

1news.az xəbər verir ki, hadisə yerində olan bloger Cəmil Quliyev baku.ws-ə açıqlamasında bildirib ki, Rəşid Behbudov küçəsində yerləşən “DISCO CLUB” adlı gecə klubuna gedib və orada çəkiliş aparıb.

Özünü xarici vətəndaş kimi təqdim etsə də onu tanıyıblar. Mühafizəçilər blogeri və onunla birlikdə olan şəxsi çölə çıxarıblar. Gənclər də əraziyə polis çağırıblar. Bir müddət sonra içəridə olan qadınlardan biri çölə çıxıb və özünə xəsarət yetirib.

“Bizə obyekt sahibləri müxtəlif təkliflər etdilər. Lakin gördülər ki, biz onlarla razılaşmırıq, həmin qadın çıxdı və bıçaqla özünə xəsarət yetirdi. Ardınca içəridən yataqları yığışdırmağa başladılar.

Bütün bunları əxlaqsızlıq yuvasını işlətmək üçün edirlər. Biz çalışırıq ki, həmin əxlaqsızlıq yuvasını bağlasınlar. Orada yaşayan sakinlər həmin obyektlərdən şikayətlər edirlər”, - deyə Cəmil Quliyev bildirib. Həmin gənclər hadisə ilə bağlı polisə şikayət ediblər.

Qeyd edək ki, sözügedən “DISCO CLUB”un adı əvvəllər “RELAX” idi. Həmin obyekt masaj salonu adı altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərib. Həmin obyekt bir neçə dəfə bağlanıb. Daha sonra adı dəyişdirilib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

“Görüntülərdən məlumatlıyıq. Həmin ünvanda Nəsimi RPİ əməkdaşları tərəfindən tədbir görülüb. Hazırda araşdırmalar davam etdirilir”, - deyə qurum rəsmisi bildirib.

1news.az

Paylaş:
284

Son xəbərlər

31 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35
Bütün xəbərlər