Sərnişin avtobusun ödəniş terminalını sındırdı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərnişin avtobusun ödəniş terminalını sındırdı - VİDEO

17:48 - 03 / 12 / 2021
Sərnişin avtobusun ödəniş terminalını sındırdı - VİDEO

Bakıda marşrut avtobusunda ödəniş terminalını yumruqla vuraraq sındıran şəxs axtarılır.

1news.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə dekabrın 1-i saat 18:50 radələrində 49 saylı xətt avtobusunda baş verib.

Avtobusun məxsus olduğu şirkətin icraçı direktoru Şəhriyar Gülmalıyev bildirib ki, sürücü nağd ödəniş etmək istəyən sərnişinə ödənişin kartla olduğunu bildirməsinə görə mübahisə baş verib:

“Daha sonra başqa bir sərnişin onun yerinə kartla ödəniş edib. Həmin şəxs düşərkən yenidən mübahisə edib və bu zaman ödəniş terminalına yumruqla vuraraq sındırıb. Nəticədə şirkətə 13 400 manat ziyan dəyib. Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət etmişik”.

Hazırda araşdırma aparılır, lakin hadisəni törədən şəxs hələ saxlanılmayıb.

Bakı Nəqliyyat Agentliyi sözügedən insidentlə bağlı açıqlama verib:

“Sərnişin-sürücü münasibətlərinin pozulması ilə bağlı növbəti xoşagəlməz hal ötən gün “Azlənd-Plaza” MMC-nin müvəqqəti istismarındakı 49 nömrəli müntəzəm marşrut xəttində baş verib.

Belə ki, dekabrın 2-si saat 19:00 radələrində bir nəfər sərnişin ( şəxsiyyəti müəyyən edilməyib) avtobusa daxil olarkən gediş haqqını nağd ödəmək istəyib. Sürücü isə nağd ödənişi qəbul etməyərək gediş haqqının nağdsız formada “BakıKart”la ödənilməli olduğunu bildirib. Digər bir sərnişinin kartından istifadə edərək gediş haqqını ödəyən sərnişin daha sonra sürücü ilə mübahisə edib. Bununla kifayətlənməyən sərnişin Bakıxanov qəsəbəsində düşərkən avtobusda olan ödəniş alətinə (validator) yumruqla zərbə vururaq onu yararsız hala salıb.

Təəssüflə bildiririk ki, bu, son bir həftədə ictimai nəqliyyat sürücülərinə qarşı qeydə alınan ikinci xoşagəlməz haldır.

Bunun yolverilməz olduğunu qeyd edərək bir daha bildiririk ki, sərnişin avtobusları ümumi istifadədə olan nəqliyyat vasitəsidir və burada hər kəsin - istər sürücü, istər sərnişinlərin mütləq əməl etməli olduqları qaydalar var. Nağdsız ödənişlə çalışan xətlərdə gediş haqqının “BakıKart”la ödənilməsi də belə qaydalardandır”.

1news.az

Paylaş:
282

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər