Azərbaycanda hərbçi qayadan yıxılaraq həlak olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda hərbçi qayadan yıxılaraq həlak olub

S.Xankişiyeva10:59 - 03 / 12 / 2021
Azərbaycanda hərbçi qayadan yıxılaraq həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində həlak olub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Hərbçinin qayadan yıxılaraq həlak olduğu açıqlanıb.

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər