1 saylı cəzaçəkmə müəssisəsində Amnistiya Aktı icra edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

1 saylı cəzaçəkmə müəssisəsində Amnistiya Aktı icra edilib - FOTO

Qafar Ağayev11:49 - 03 / 12 / 2021
1 saylı cəzaçəkmə müəssisəsində Amnistiya Aktı icra edilib - FOTO

Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın icrası həyata keçirilir.

1news.az xəbər verir ki, KİV-lərin iştirakı ilə bu gün ilk olaraq Amnistiya Aktı 1 saylı cəzaçəkmə müəssisəsində həyata keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəisi Aynur Sabitova bildirib ki, 1 saylı cəzaçəkmə müəssisəsində 19 məhkuma Amnistiya Aktı şamil olunub.

Onlardan 9-nun sənədi hazırdır, digərlərinin sənədi isə gün ərzində hazır olacaq.

Bu gün ümumilikdə cəzaçəkmə müəssisələrində 114 məhkum azadlığa buraxılacaq.

Aynur Sabitova bildirib ki, dekabrın 1-dək amnistiya 1787 məhkuma şamil edilib: "Onlardan 34-ü qadın, 2-i yetkinlik yaşına çatmayandır, 60 nəfər isə 60 yaşına çatmayan şəxslərdir. 1391 məhkum bu günə kimi azad edilib. Onlardan 1203 məhkum cəzaçəkmə müəssisəsindən azad edilib. 368 məhkum isə məntəqə tipli cəzaçəkmə müəssisəsindən azad edilib.

Qeyd edək ki, Zəfər Günü münasibətilə hazırlanmış Amnistiya Aktı barəsində tətbiq olunması nəzərdə tutulan şəxslərin sayına, cinayətlərin və cəzaların əhatə dairəsinə görə Azərbaycan tarixinin ən böyük amnistiyası olacaq. Amnistiya Aktının 15 min nəfərdən çox insana, o cümlədən 70-dək qadına və yeniyetməyə şamil olunması gözlənilir.

Foto: Nadir İbrahimli

Paylaş:
459

Son xəbərlər

Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31
Bütün xəbərlər