Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb - FOTO

S.Xankişiyeva10:37 - 04 / 12 / 2021
Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb - FOTO

Dekabrın 3-də Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında növbəti Anlaşma Memorandumu imzalanıb.

1news.az-ın verdiyi xəbərə görə, Memorandum 2025-ci ilin sonunadək Azərbaycanda uşaqların erkən uşaqlıq dövründə inkişafı, inklüziv təhsil, yeniyetmə və gənclərin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens ilə görüşdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun təhsil, səhiyyə, sosial və mədəniyyət, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası istiqamətindəki layihələri barədə məlumat verib. Bildirib ki, inklüziv cəmiyyətin qurulmasına töhfə verən Heydər Əliyev Fondunun dəstəyi ilə əlilliyi olan uşaqlardan ibarət rəqs qrupunun xarici ölkələrdə konsert proqramı ilə çıxışları təşkil ediləcək.

Görüşdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların sosial, səhiyyə və digər sahələr üzrə hüquqlarının qorunması, o cümlədən xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum uşaqlara qayğı istiqamətindəki fəaliyyətinin əhəmiyyəti qeyd edilib.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens Heydər Əliyev Fondu ilə həyata keçirilməkdə olan “Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ)“ layihəsi, eləcə də ətraf mühit və iqlim dəyişikliyi, yaşıl enerji mənbələri, bərpa olunan enerji sahələrindəki tədbirlər üzrə əməkdaşlığı qeyd edib. Aleks Haykens uşaq hüquqlarının qorunması üzrə “Uşaq Dost Mərkəzləri”nin, eləcə də işğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə işlərinin müzakirəsi prosesinə uşaqların da cəlb edilməsinin səmərəli olacağını bildirib.

Görüşdə gələcəkdə inklüziv təhsil, əlillərin dəstəklənməsi və reabilitasiyası sahələrində Fondla birgə həyata keçiriləcək layihələr də müzakirə edilib.

Xatırladaq ki, BMT-nın Uşaq Fondu ilə Heydər Əliyev Fondu arasında ilk Anlaşma Memorandumu 2019-cu ildə imzalanıb.

Paylaş:
507

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər