Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Monteneqroda saxlanılaraq ölkəyə gətirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Monteneqroda saxlanılaraq ölkəyə gətirilib

Qafar Ağayev14:28 - 06 / 12 / 2021
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Monteneqroda saxlanılaraq ölkəyə gətirilib

Cinayətkarlıqla mübarizədə ədliyyə sahəsində səmərəli beynəlxalq əməkdaşlıq həyata keçirilir.

Ədliyyə Nazirliyindən 1news.az-a verilən məlumata görə, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin təmin olunması, xüsusilə cinayətkarlığa qarşı mübarizə üzrə qəti tədbirlər görülür, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Müxtəlif dövlətlərlə ikitərəfli sazişlər və müqavilələr, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar üzrə ekstradisiya və hüquqi yardım sahəsində cəzanın labüdlüyü prinsipini təmin edən səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir.

Ədliyyə Nazirliyinin Avropa Şurası Cinayət məsələlərində əməkdaşlığa dair Ekspertlər Komitəsinin rəhbərliyində təmsil olunması bu sahədə fəaliyyəti daha effektiv edir. Xüsusilə, qlobal pandemiya şəraitində cinayətkarların təslim edilməsi ilə bağlı operativliyin təmin olunması üçün sorğuların elektron qaydada baxılması barədə xarici həmkarlarla razılığa nail olunub. Ötən dövrdə beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması və digər cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Türkiyə, Bosniya və Herseqovina, Əlcəzair, Ukrayna və s. dövlətlərdən ölkəmizə ekstradisiyası təmin edilib.

Qeyd olunmalıdır ki, külli miqdarda dələduzluq törədən beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı bu yaxınlarda Monteneqroda saxlanılıb.

Ədliyyə Nazirliyi tərəfindən aparılan danışıqlar nəticəsində onun ekstradisiyası ilə bağlı razılıq əldə edilib və İstanbul hava limanı vasitəsilə ölkəmizə tranzit gətirilməsi qardaş Türkiyə ilə razılaşdırılıb.

Nəticədə həmin şəxs nazirliyin əməkdaşları tərəfindən dekabrın 4-də Bakıya gətirilib.

Paylaş:
312

Son xəbərlər

Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13
Bütün xəbərlər