Baş Prokurorluq: helikopter qəzası ilə bağlı araşdırmalar davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq: helikopter qəzası ilə bağlı araşdırmalar davam edir

Qafar Ağayev15:14 - 06 / 12 / 2021
Baş Prokurorluq: helikopter qəzası ilə bağlı araşdırmalar davam edir

"Helikopter qəzası ilə bağlı istintaq qrupu yaradılıb. Hadisə yerinə baxış keçirilib. Mürəkkəb hadisə olduğuna görə ekspertizalar təyin plunub".

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Mahir Abbasov "8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.

O bildirib ki, hadisənin baş verməsi səbəbləri araşdırlmanın ekspertizaların nəticələri başa çatdıqdan sonda açıqlama veriləcək: "Hazıda qara qutunun harada işləməsi ilə bağlı məlumat verə bilmərik. Bununla bağlı işlər gedir"

Paylaş:
435

Son xəbərlər

Bütün xəbərlər