Daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Qafar Ağayev16:28 - 06 / 12 / 2021
Daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Biləsuvar rayon sakini S.Bağırova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Paylaş:
538

Son xəbərlər

Bütün xəbərlər