Narkotiklə tutulmuş şəxslərin oğurluq əməllərinin də üstü açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotiklə tutulmuş şəxslərin oğurluq əməllərinin də üstü açılıb

16:49 - 06 / 12 / 2021
Narkotiklə tutulmuş şəxslərin oğurluq əməllərinin də üstü açılıb

Ucar rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ucar sakinləri Həbib Qasımov, Rəşad Seyfəddinli və Akşin Cəbrayılov saxlanılıblar. Həmin şəxslərdən “patı” adlanan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkarlanaraq götürülüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Şöbə əməkdaşları tərəfindən saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, saxlanılan üç nəfər şəxs rayonun Qulabənd kənd sakini Xəyalə Peşmanova ilə qabaqcadan əlbir olaraq 2020-ci ilin dekabr ayında rayon ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olaraq oradan 3500 manat dəyərində məişət əşyalarını oğurluq yolu ilə ələ keçiriblər.

Bundan əlavə R.Seyfəddinli ilə X.Peşmanovanın rayon ərazisində yerləşən digər bir evdən 9800 manat pul, qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.

X.Peşmanova da polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub.

Oğurluq yolu ilə əldə olunan qənimətlərin əksəriyyəti dəstə üzvləri tərəfindən dəyərindən ucuz qiymətə satılıb, bir qismi isə maddi sübut kimi şöbə əməkdaşları tərəfindən götürülüb.

Saxlanılan şəxslər barəsində Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
237

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər