281 nəfər toya buraxılmadı - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

281 nəfər toya buraxılmadı - STATİSTİKA

Qafar Ağayev09:48 - 06 / 12 / 2021
281 nəfər toya buraxılmadı - STATİSTİKA

4-5 dekabr tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 906 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, monitorinq 896 şadlıq sarayında, 10 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 şadlıq sarayının sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;
- 2 şadlıq sarayının sahibi barəsində material baxılması üçün məhkəməyə göndərilib;
- 281 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
325

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər