Azərbaycanda koronavirusdan ölənlərin sayı 8000-i ötüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusdan ölənlərin sayı 8000-i ötüb

S.Xankişiyeva17:06 - 07 / 12 / 2021
Azərbaycanda koronavirusdan ölənlərin sayı 8000-i ötüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 530 yeni yoluxma faktı qeydə alınıb, 1 864 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 598 503 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 567 385 nəfər müalicə olunaraq sağalıb, 8 004 nəfər vəfat edib, aktiv xəstə sayı 23114 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 863, ötən müddət ərzində isə ümumilikdə 5 621 021 test aparılıb.

Paylaş:
480

Son xəbərlər

Bütün xəbərlər