Kəlbəcərdə yol qəzasında həlak olan hərbçilərdən birinə şəhid statusu verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcərdə yol qəzasında həlak olan hərbçilərdən birinə şəhid statusu verilib

S.Xankişiyeva17:11 - 07 / 12 / 2021
Kəlbəcərdə yol qəzasında həlak olan hərbçilərdən birinə şəhid statusu verilib

Bu ilin avqustun 13-də Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusuna şəhid statusu verilib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətindən (SHXÇDX) bildirilib ki, SHXÇDX Yevlax rayon şöbəsinə aidiyyəti hərbi hissədən daxil olan 25.09.2021-ci il tarixli 3099 nömrəli məktubda, çavuş Cəfərov Anar Müstəqim oğlunun 13.08.2021-ci il tarixdə Kəlbəcər rayonu, Yanşaq yaşayış məntəqəsində yerləşən bölmənin döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı xidməti vəzifələrini icra edərkən yük avtomobilinin dərəyə aşması ilə nəticələnən avtomobil qəzasında “kəllə tağının sınığı, kəllə əsas sınığı, baş beynin diffuz travması”ndan hadisə yerində həlak olması bildirilib.

“Qeyd olunanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinin tələblərini nəzərə alaraq, mərhum Cəfərov Anar Müstəqim oğlu şəhid, onun ailəsi isə şəhid ailəsi hesab edilir”, - bildirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qəza zamanı həlak olan çavuş Cəfərov Anar Müstəqim oğlunun ailəsinə şəhid vəsiqəsi təqdim olunub: “Hazırda ailəyə digər təminatlar verilməsi həyata keçirilir”.

Qeyd olunub ki, qəza zamanı həyatını itirən leytenant Həsənli Eldar Müşfiq oğlu isə hazırda rəsmi şəhid statusu almayıb. Sözügedən hərbçimiz şəhidlik statusu aldıqdan sonra ailəsinə vəsiqə və digər təminatların verilməsi təmin olunacaq.

Xatırladaq ki, bu ilin avqust ayının 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Müdafiə Nazirliyindən bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.

Paylaş:
349

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər