Bakı, Sumqayıt və Abşeronda dekabrın pensiyaları ödənildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı, Sumqayıt və Abşeronda dekabrın pensiyaları ödənildi

Qafar Ağayev15:05 - 08 / 12 / 2021
Bakı, Sumqayıt və Abşeronda dekabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyalarının ödənişi həyata keçirilib.

Bu barədə 1news.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumatda bildirilir ki, həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək.

Qeyd edək ki, 2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.

Paylaş:
435

Son xəbərlər

Bütün xəbərlər