Baş Prokurorluğun əməkdaşı İnterpolun nümayəndəsi ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluğun əməkdaşı İnterpolun nümayəndəsi ilə görüşüb

S.Xankişiyeva17:27 - 08 / 12 / 2021
Baş Prokurorluğun əməkdaşı İnterpolun nümayəndəsi ilə görüşüb

Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində İNTERPOL-un “Geiger” layihəsinin İşçi qrupunun Qara Dəniz, Qafqaz və Mərkəzi Asiya regionlarının müvafiq strukturlarının nümayəndələri ilə görüşü keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, radioloji və nüvə terrorçuluğu ilə mübarizə məsələlərini əhatə edən “Geiger” layihəsi üzrə işçi qrupun məqsədi, regional və qlobal səviyyələrdə məlumat mübadiləsini artırmaqla radioloji və nüvə terrorçuluğu təhlükəsinin qarşısının alınmasında üzv ölkələrə yardım etməkdən ibarətdir.

Tədbirdə təqdimatla çıxış edən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Kamran Həsənov ölkəmizin terrorçuluğa qarşı mübarizəyə fəal töhfə verdiyi qeyd edərək, dövlətin hüquq mühafizə sistemi haqqında ətraflı məlumat verib, milli qanunvericilikdə terrorçuluq, radioaktiv materiallarla qanunsuz davranma, onların talanması və hədə-qorxu ilə tələb edilməsi ilə bağlı işlərin ibtidai istintaqı zamanı prokurorluğun rolu və üzərinə düşən vəzifələr haqqında danışıb.

Görüşün yekununda INTERPOL nümayəndələri ilə ikitərəfli görüş keçirilib və “Geiger” layihəsi çərçivəsində yaradılacaq Analitik altqrupun gələcək əməkdaşlıq istiqamətlərinin perspektivləri müzakirə edilib.

Paylaş:
284

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər