“Torqovı”da ərəb turistin başına iş gəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Torqovı”da ərəb turistin başına iş gəlib

S.Xankişiyeva11:29 - 08 / 12 / 2021
“Torqovı”da ərəb turistin başına iş gəlib

Bakının Səbail rayonunda yerləşən Nizami küçəsində (“Torqovı”) Səudiyyə Ərəbistanından olan turist, 1999-cu il təvəllüdlü Ali Ahmad Noaf naməlum şəraitdə kəsici alətlə xəsarət alıb.

1news.az-ın BAKU.WS-ə istinadla verdiyi xəbərə görə, məlum olub ki, turist axşam saatlarında evinin qarşısında sərxoş olarkən yıxılıb. O, müvazinətini itirib.

Qapının tini ərəb turistin sinəsinə dəyib. Nəticədə o, yüngül xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər