Son 4 ildə əmək müqavilələrinin sayı 30 faiz artıb - Nazir | 1news.az | Xəbərlər
Cəmiyyət

Son 4 ildə əmək müqavilələrinin sayı 30 faiz artıb - Nazir

11:32 - 08 / 12 / 2021
Son 4 ildə əmək müqavilələrinin sayı 30 faiz artıb - Nazir

Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin əsasını Azərbaycan vətəndaşının rifahı təşkil edir və bu rifah da məşğulluq üzərində dayanır.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zaman deyib.

Nazir bildirib ki, aparılan islahatlar nəticəsində son 4 ildə əmək müqavilələrinin sayı 30 faiz artıb ki, bu da təxminən 400 min insanın işlə təmin edilməsi deməkdir: “Bu rəqəmin 75 faizi özəl sektorun payına düşür, yəni yeni açılan iş yerləridir. Ölkədə əməkhaqqı son 4 ildə 92 faiz, minimum əməkhaqqı 2 dəfə, orta əməkhaqqı isə 40 faiz artıb”, - deyə nazir bildirib.

1news.az

Paylaş:
257

Son xəbərlər

Bütün xəbərlər