Sınaq imtahanına qeydiyyat müddəti uzadılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sınaq imtahanına qeydiyyat müddəti uzadılıb

Qafar Ağayev17:35 - 09 / 12 / 2021
Sınaq imtahanına qeydiyyat müddəti uzadılıb

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat müddəti dekabrın 10-u saat 23:59-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a bildirilib ki, sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq. Test tapşırıqları 11-ci siniflər üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2022-ci il yanvar ayınadək olan hissəsini, digər siniflər üçün isə tam proqramı əhatə edəcək.

Sınaq imtahanında coğrafiya fənni üzrə Azərbaycanın iqtisadi rayonlarına dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu yaxınlarda iqtisadi rayonların yeni bölgüsü ilə bağlı ictimaiyyətə təqdim olunan material əsasında tərtib ediləcək. Həmçinin tarix fənni üzrə Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar 2021-ci il “Abituriyent” jurnalının 2-ci nömrəsində verilən material əsasında tərtib ediləcək.

İmtahan dekabrın 19-da, coğrafiya fənni üzrə əlavə imtahan isə dekabrın 26-da keçiriləcək.

İmtahanda iştirak etmək üçün DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolu ilə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır.

Paylaş:
369

Son xəbərlər

Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13
Bütün xəbərlər