Təyyar Eyvazov: “Bu bizlərə arxayınlaşmamağı, əldə edilənləri qoruyub çoxaltmağı diktə edir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Təyyar Eyvazov: “Bu bizlərə arxayınlaşmamağı, əldə edilənləri qoruyub çoxaltmağı diktə edir”

Qafar Ağayev12:11 - 09 / 12 / 2021
Təyyar Eyvazov: “Bu bizlərə arxayınlaşmamağı, əldə edilənləri qoruyub çoxaltmağı diktə edir”

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov ölkədəki epidemioloji vəziyyət, COVİD-19-la bağlı müsahibə verib.

1news.az müsahibəni təqdim edir:

- Ölkədə epidemioloji vəziyyəti necə dəyərləndirmək olar?

- Artıq iki ilə yaxındır ki, yeni koronavirus infeksiyası ilə mübarizə aparırıq. Bu aylar ərzində hər birimiz öz həyatında bu infeksiyanın təsirini bu və ya digər dərəcədə hiss etməkdədir. Bu müddət ərzində xəstəlik haqqında bilgilərimiz xeyli genişlənib, virusa yoluxmadan özümüzü və yaxınlarımızı qorumaq üçün səfərbər olmuşuq. Dövlətimiz infeksiyaya qarşı bütün zəruri tədbirləri həyata keçirir. Bu durumdan qalib çıxmaq üçün vətəndaş məsuliyyətinin nə qədər gərəkli olduğunu da anladıq. Birgə işlərimiz öz töhfəsini verməkdədir. İnfeksiyanın yayılması üçün əlverişli olan payız-qış mövsümündə olsaq da, epidemik prosesi nəzarət altına almağımız hər birimiz üçün sevindiricidir. Bunun əksinə olaraq yaxın və uzaq qonşuluğumuzdakı bir çox ölkələrdə vəziyyətin heç də ürəkaçan olmadığını görürürük. Bu bizlərə bir daha arxayınlaşmamağı, əldə edilənləri qoruyub çoxaltmağı diktə edir.

Təyyar Eyvazov

- Peyvəndlənmə prosesi necə gedir?

- Ölkəmiz infeksiya ilə mübarizədə bu gün ən effektiv vasitə sayılan vaksinasiya prosesinə erkən başladı və hazırda yetkin əhalinin 60%-dən çoxunun iki doza peyvənd alaraq qorunmasının nəticələri göz qabağındadır. Artıq ilk dövrlərdə tətbiq olunan qapanmalar, əksər məhdudiyyətlər aradan qaldırılıb, insanlarımız pandemiyadan öncəki həyat tərzinə qayıdıb. Məhz vaksinasiya nəticəsində yüzlərlə yaşlı, müxtəlif risk faktorları, xroniki xəstəlikləri olan insanların həyatı xilas edilib. Lakin qoruyuculuq daimi deyil, vaxt keçdikcə zəifləyir. Ona görə də birinci növbədə risk qruplarına daxil olan, o cümlədən 50 yaş üzəri olan isanlar və eyni zamanda, ümumiyyətlə, 18 yaşdan yuxarı bütün şəxslər vaksinasiya və ya xəstəliyi keçirmək sayəsində əldə etdikləri immuniteti gücləndirməlidir. Bunun yolu 3-cü, yəni buster dozanın vurulmasından keçir. Vaksinlərin bəzi ölkələrdə, hətta ilk dozalarının əlçatan olmadığı bir dövrdə, Azərbaycanda buster dozanın olunması üçün bütün ehtiyaclar güvənli şəkildə təmin edilib. İstəyimiz yalnız fürsəti əldən verməmək, bu imkandan yararlanaraq ümumi işimizə töhfə verməkdən ibarətdir.

- Yeni “omicron” ştamı dünyada sürətlə yayılmağa başlayır. İnsanların təşvişə düşməsinə lüzum varmı?

- Pandemiya hələ sona çatmayıb. Bu gün virusun daha çox mutasiyaya uğramış, yeni ştamı – “omicron” ştamı peyda olub və hamının narahatçılığına səbəb yaradıb. İlkin mülahizələrə görə yeni ştam daha sürətlə yayıla bilir, həm də əvvəlki qazanılmış immun cavabdan müəyyən qədər yayına bilir. Yaxın vaxtlarda müşahidələr bu mülahizələrin nə qədər doğru olmasına aydınlıq gətirəcəkdir. Belə bir təhlükə şəraitində insanların qorunması, yoluxma hallarının sürətli artımının qarşısının alınması məhz bizim qoruyucu qızıl qaydalara necə əməl etməyimiz və yenə də vaksinasiyada fəal iştirakımızdan asılı olacaqdır. Bu qoruyucu qaydalara ciddi əməl etmək və eyni zamanda yaşlı və xəstə insanların, uşaqların, hamilə qadınların qrip virusuna qarşı da peyvənd olunması mövsümi respirator infeksiyaların, onlardan baş verə biləcək ağırlaşmaların azalmasına gətirib çıxara bilər. Beləliklə, hər şey özümüzdən asılıdır, yalnız səylərimizi birləşdirməklə infeksiyanı etibarlı surətdə nəzarətdə saxlaya və öz dolğun həyatımıza davam edə bilərik.

Paylaş:
489

Son xəbərlər

Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13
Bütün xəbərlər