Şuşada minaya düşərək həlak olanların adları açıqlandı - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşada minaya düşərək həlak olanların adları açıqlandı - YENİLƏNİB

Qafar Ağayev12:55 - 09 / 12 / 2021
Şuşada minaya düşərək həlak olanların adları açıqlandı - YENİLƏNİB

Dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumat verilib.

***

Saat 12:53

Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iki mülki şəxs mina partlaması nəticəsində həlak olub.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Paylaş:
1676

Son xəbərlər

Bütün xəbərlər