Bakıda qadın özünü 5-ci mərtəbədən atıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadın özünü 5-ci mərtəbədən atıb - VİDEO

13:34 - 10 / 12 / 2021
Bakıda qadın özünü 5-ci mərtəbədən atıb - VİDEO

Bakıda qadın özünü hündürmərtəbəli binadan ataraq intihar edib.

1news.az xəbər verir ki, hadisə paytaxtında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Uğur 2" MTK-ya məxsus yaşayış kompleksində baş verib.

Həmin binada yaşayan qadın özünü 5-ci mərtəbədən ataraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadının meyiti məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
444

Son xəbərlər

Bütün xəbərlər