Əmək bazarının tələblərinə uyğun peşə təhsili problemini nədə görürsünüz? - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmək bazarının tələblərinə uyğun peşə təhsili problemini nədə görürsünüz? - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO

S.Xankişiyeva08:55 - 10 / 12 / 2021
Əmək bazarının tələblərinə uyğun peşə təhsili problemini nədə görürsünüz? - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO

Azərbaycanda peşə təhsili vəziyyəti narahatlıq doğurur. Hər il orta məktəbləri 100 minə yaxın şagird bitirsə də, onların ücdə biri ali məktəblərə, bir hissəsi isə kolleclərə qəbul olur, 40-50 min uşaq isə heç bir təhsilə yiyələnmir.

Əslində hamının ali təhsilli olması prioritet məsələ deyil. Mühüm olan hər bir əmək qabiliyyətli insanın peşə təhsilinə yiyilənməsidir ki, Azərbaycanda da peşə təhsili populyar deyil. Hazırda təhsil sisteminin ən vacib vəzifələrindən biri məhz peşə təhsilinin keyfiyyətini yüksəltmək və bu sahəyə marağı artırmaqır. Əmək bazarında da bacarıqlı peşə və sənət sahiblərinə böyük ehtiyac var. Peşə təhsili ala bilməyən, əmək bazarının müasir tələblərinə uyğun hər hansı sənət öyrənməyən gənclər həm iş tapa bilmirlər, həm də müxtəlif radikal dini qrupların təsirinə düşür, narkotikə qurşanır, cinəyət törədir və s. arzuedilməz istiqamətlərə yönəlmiş olurlar.

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Əmək bazarının tələblərinə uyğun peşə təhsili problemini nədə görürsünüz?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Elçin Əfəndi - təhsil məsələləri üzrə ekspert, Mahir Qara - Azərbaycan İnsan Resursları Assosiasiyasının həmtəsisçisi, idarə heyətinin üzvü, Zaur Əliyev - Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri və İdris Musayev - Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
403

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər