Mingəçevirdə koronavirus xəstəsi olan qadın saxlanılıb – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdə koronavirus xəstəsi olan qadın saxlanılıb – VİDEO

S.Xankişiyeva10:48 - 10 / 12 / 2021
Mingəçevirdə koronavirus xəstəsi olan qadın saxlanılıb – VİDEO

Mingəçevirdə koronavirus xəstəsi olan qadın digərlərinin də sağlamlığı üçün təhlükə yaradıb.

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlar tərəfindən keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, Yevlax rayon sakini Gülnaz İsmayılzadə koronavirus infeksiyasına yoluxduğu üçün ona ev şəraitində müalicə təyin edilib. Lakin o, yaşadığı ünvanı tərk edib və kənar şəxslərlə ünsiyyətdə olub. Həmin qadın tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

G.İsmayılzadə barəsində Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Paylaş:
361

Son xəbərlər

Bütün xəbərlər